Rusiyada cinayət törədən azərbaycanlı axtarışa verildi

Azərbaycan əsilli Davud Əliyev Rusiyanın Arxangelsk vilayətində axtarışa verilib.

34 yaşlı azərbaycanlı Arxangelskdə bir qadına söz atmaqda və onun ərini yaralamaqda ittiham olunur. Belə ki, Davud ticarət mərkəzində qadına sataşdıqdan sonra onun əri ilə mübahisəsi yaranıb. Bu zaman o, qadının ərinə 4 bıçaq zərbəsi vurub və qaçmağı bacarıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. 

Məlum olub ki, Davud Əliyev barəsində 2 dəfə deportasiya qərarı olsa da, Rusiya ərazisini tərk etməyib. O, sonuncu dəfə keçən il sərhədi qanunsuz keçməkdə günahlandırılaraq federal axtarışa verilib./"unikal

"