Rusiyada “canlı bomba” olan iki qadın belə ələ keçirildi - ANBAAN VİDEO

 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Stavropol diyarının Pyatiqorsk şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı planlaşdırılan ikiqat terror aktının qarşısının alındığını bəyan edib.

Əməliyyat zamanı Rusiya vətəndaşı olan iki qadın saxlanılıb.

Məlumata görə, Ukrayna xüsusi xidmət orqanları həmin qadınları "kamikadze" (canlı bomba) kimi istifadə etməyi planlaşdırıb.

Şübhəli şəxslər əllərində böyük dağıdıcı gücə malik, kustar üsulla hazırlanmış partlayıcı qurğular (əldəqayırma bomba) daşıyan zaman cinayət başında yaxalanıblar.

Faktla bağlı terrorizm və qanunsuz partlayıcı maddə dövriyyəsi maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.