Moskva Bakı ilə İrəvan arasında sülhə gətirib çıxaracaq istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
O, iyulun 15-də Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında keçiriləcək görüşü şərh edərkən deyib ki, hər hansı bir nəticə çıxarmaq hələ tezdir.