Taxıl sazişi”nin müddəti bitdikdən sonra Rusiya Ukraynanın dəniz limanlarını blokadaya alıb.
Bu barədə “Bild” məlumat yayıb.
Bildirilib ki, Ukraynanın 12 yük gəmisi Odessa və Nikolayev dəniz limanlarında mühasirəyə alınıb. Məlumata görə, Rusiyanın bombardmanından sonra heç bir yük gəmisi Ukraynaya daxil ola bilməyib.
Qeyd edək ki, Rusiya iyulun 18-də Ukraynanın Odessa və Nikolayev şəhərlərini bombardman edib.
Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.
Xatırladaq ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatıb. Rusiya sazişdən çıxdığını elan edib.
Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.