Rusiya mediasında Azərbaycana və Türkiyəyə qarşı son vaxtlar aktiv kampaniya aparılır.
Bu sözləri rusiyalı tanınmış politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko qeyd edib.
O bildirib ki, son zamanlar Rusiya media məkanında dominant erməni lobbisinin nümayəndələri tərəfindən fəal şəkildə həyata keçirilən Türkiyə və Azərbaycanın demonizasiyası hələ də Kremlin Ermənistan-Azərbaycan nizamlanması, o cümlədən Qarabağla bağlı mövqeyinin dəyişməsində gözlənilən nəticəyə gətirib çıxarmayıb.
“Çünki Rusiya Prezidenti Putin praqmatikdir”, - o əlavə edib.