Rusiya Aerokosmik Qüvvələrin komandanı general Sergey Surovikin vəzifəsindən kənarlaşdırılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya hakimiyyətinə yaxın "Baza" kanalı məlumat yayıb.
Onun nə vaxt vəzifədən uzaqlaşdırıldığı açıqlanmayıb.
Xatırladaq ki, "Vaqner" muzdlularının qiyamından sonra Sergey Surovikinin saxlanılması barədə xəbərlər yayılıb.
Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.
Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb.