Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu

Qusarda qadın dəm qazından zəhərlənib.

Stopnarkotik.az trend-ə istinadla xəbər verir ki, hadisə dünən saat 18 radələrində baş verib.

Belə ki, Hil kənd sakini 1958-ci il təvəllüdlü Faizə Mehrəliyeva kirayə yaşadığı Qusar şəhərindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hazırda faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.