Qubada 47 yaşlı kişinin meyiti tapılıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Barlı kənd sakini, 1976-cı il təvəllüdlü Niyət Qədirovun meyiti yaşadığı evin həyətindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Onun intihar etdiyi ehtimal olunur.
Şəmkirdə də rayon sakini, 1969-cu il təvəllüdlü Zahid Qasımov yaşadığı evdə taxta mildən kəndirlə özünü asaraq intihar edib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.