"Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsi və Yengicə kəndində, Quba rayonunun Yenikənd və Göygöl rayonunun Tülallar kəndlərində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Stopnarkotik.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Qabil Cabbarov, Zahid Cavadov, Rudik Qukasov, Quba rayon sakini Fərman Aydəmirov, Göygöl rayon sakinləri Rasim Abdullayev, İlham Məmmədov, Kənan Bayramov, Şahlar Əliyev və Mətanət Bayramova olduğu müəyyən edilib.
“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.