Qubad İbadoğlu “Bandotdel”ə çağırıldı – HƏYAT YOLDAŞININ SAXLANILMASI İLƏ BAĞLI İDDİALARA RƏSMİ REAKSİYA / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bu barədə Stopnarkotik.az-a bildirib.

O qeyd edib ki, hazırda araşdırma aparılır, əlavə məlumat veriləcəkdir.

Anar Qafarov əlavə edib ki, Q.İbadoğlunun həyat yoldaşı saxlanılmayıb, iddialar əsassızdır.

Stopnarkotik.az