"Qonşu ilə problem varsa, onları tez həll etmək lazımdır" - Ermənistan prezidenti

İtaliyada səfərdə olan Ermənistan Prezidenti Vahaqn Xaçatryan erməni diasporu nümayəndələri ilə görüşdə maraqlı fikirlər səsləndirib.

Stopnarkotik.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Prezident Xaçatryan indiki hökumətin yeni müharibənin qarşısını almaq üçün əlindən gələni etdiyini bildirib.

Xaçatryan deyib ki, Ermənistanın çiçəklənəcəyinə, qarşıda onu parlaq gələcək gözlədiyinə inanır. Lakin bunun üçün ilk növbədə qonşularla münasibətləri qaydasına qoymaq lazımdır: “Erməni cəmiyyətində belə bir fikir var idi ki, “nə sülh, nə müharibə” vəziyyəti uzun müddət davam edəcək və Ermənistan bundan ziyan çəkməyəcək”.

Prezident deyib ki, bu yanaşma nə siyasi, nə də insani cəhətdən doğru olmayıb: “Əgər qonşunla problemlərin varsa, onları çox tez həll etməlisən”.