Qax rayonunda 11 gün əvvəl itkin düşən İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti tapılıb.
Stopnarkotik.az xəbər verir ki, meyit İlisu-Sarıbaş yolunda, Dağküsən dağı ərazisində aşkarlanıb.
R.Kamallının meyitini dağlıq ərazidən endirmək üçün əraziyə İlisu kənd sakinləıri, mərhumun yaxınları və müvafiq qurumların nümayəndələri gediblər.
Qeyd edək ki, R.Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.