Xəbər verdiyimiz kimi, Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov intim görüntülərinin yayılması böyük səs-küyə səbəb oldu.
Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.
Məsələ ilə bağlı O. Rəhimovun bacısı Leyla Mərdanova Bakupost.az-a bildirib ki, qardaşının həyatı təhlükədədir:
"Qardaşım həmin məktəbə işə qəbul olan gündən sakinlər onu qəbul etməyib, ona qarşı şər, böhtan xarakterli müxtəlif hərəkətlər ediblər. İndi isə bu şantaj xarakterli hadisəni əllərində bayraq edib qardaşımın işdən çıxmasını tələb edirlər. Xahiş edirəm, hüquq-mühafizə orqanları bu məsələyə adekvat cavab versinlər. Qardaşıma hədə-qorxu gəlirlər. Həyatı təhlükədədir".
Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Bakupost.az -a açıqlamasında vurğulayıb ki, daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb:
"Ucar rayon sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib.
Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub".