Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar olunub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Dekabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 2 patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - DİN-dən bildirilib.