UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Stopnarkotik.az xəbər verir ki, A qrupunda "Qalatasaray" (Türkiyə) İstanbulda İngiltərənin "Mançester Yunayted" (İngiltərə) komandasını sınağa çəkib.
Türkiyənin turnirdəki yeganə təmsilçisi ilə "qırmızı şeytan"ların oyunu çox gərgin keçib.
Qarşılıqlı hücum şəraitində keçən oyunda azarkeşlər 6 qol görüb.
Yekunda tərəflər hərəyə bir xalla meydandan ayrılıblar.
B qrupunda keçirilən oyunda isə “Sevilya” (İspaniya) - PSV (Niderland) matçı keçirilib.
A qrupu
21:45. "Qalatasaray" - “Mançester Yunayted” 3-3
Qol: Qarnaço 11, B.Fernandes 18, Ziyeç 29;62, Maktominey 55, Aktürkoğlu 71