İçərisində “Vaqner” rəhbəri Yeqeni Priqojinin də olduğu təyyarə qəzasının Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən törədildiyi ən çox ehtimal olunan versiya hesab edilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Britaniya hərbi mənbələrinə istinadən yazır.
Britaniya hərbi mənbələri bildirirlər ki, FTX hazırda Putinə tamamilə sadiqdir və sərhəd xidməti də onlara tabe olduğundan, belə bir sui-qəsd ehtimalı yüksəkdir.
Ekspertlərin fikrincə, çox güman ki, bu əməliyyatın məqsədi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun mövqelərini gücləndirmək olub.
Stopnarkotik.az