“Priqojinin təhlükəsizliyini mən təmin etməli deyildim”.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeniy Priqojin heç vaxt özü üçün təhlükəsizlik zəmanəti istəməyib və onların arasında bu istiqamətdə söhbət getməyib.
Belarus lideri qeyd edib ki, bu ilin 24 iyununda Priqojin Rusiyada silahlı qiyam təşkil edəndə onunla danışıqlar aparıb və onu insanların ölümünə səbəb olacaq addımlar atmaqdan çəkindirib.
Lukaşenko onu da əlavə edib ki, Priqojinə qarşı sui-qəsdin arxasında Rusiya Prezidenti Vladimir Putin dayana bilməz, çünki Putin ehtiyatlı adamdır. Priqojinin öldürülməsi isə çox kobud və qeyri-peşəkar işdir.