Priqojin silahlı qiyama cəhd öncəsi Lukaşenko ilə nə danışıb? - ALMANİYA KƏŞFİYYATI ONLARIN DANIŞIQLARINI DİNLƏYİB

Almaniya kəşfiyyatı Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə "Vaqner"in rəhbəri Yevgeni Priqojin arasında olan danışıqları dinləyib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ARD kanalı məlumat yayıb.

Bildirilib ki, Almaniya Xarici Kəşfiyyat Xidməti (BND) iyunun 24-də Rusiyada silahlı qiyama cəhd zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında danışıqlara qulaq asıb.

BND bu xəbərə münasibət bildirməyib.

Bundan əvvəl "The Washington Post" öz mənbələrinə istinadən yazıb ki, ABŞ kəşfiyyat orqanları iyunun ortalarında Rusiyada silahlı qiyama hazırlıqla bağlı Ağ Evə xəbərdarlıq edib.