“Biz bütün yerlərdə Rusiya Federasiyasının dövlət sərhədini keçdik. İndi biz Rostova giririk”, deyən “Vaqner” muzdlu ordusunun rəhbəri Priqojin bildirib ki, yolumuzun üstündə duran hər şeyi məhv edəcəyik. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin iclasında vaqnerçilərin məhv edilməsi barədə qərar qəbul edilib.
Priqojin, bildirib ki, “Rusiya Federasiyasının Baş Qərargah rəisi təyyarələri qaldırıb dinc avtomobillər və yük maşınları arasında gedən sütunlara atəş açmaq əmri verdi. Artıq bir il yarımdır ki, öz mülki vətəndaşlarını qətlə yetirirlər”. O, “cinayətkar” əmrləri yerinə yetirməkdən imtina edən pilotlara təşəkkür edib.
Rusiya Federasiyasının baş prokuroru Putinə silahlı üsyan təşkil etmək cəhdi ilə bağlı cinayət işinin başlanması barədə məlumat verib. Bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Peskov bildirib. Bildirilir ki, Müdafiə Nazirliyi, FSB, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası gecə-gündüz Putinə görülən tədbirlərlə bağlı hesabat verir.
Stopnarkotik.az