Priqojin Rusiya hakimiyyətindən öz milyardlarını və qızıllarını geri alıb

Sankt-Peterburqda axtarışlar zamanı tapılan 10 milyard rubl Yevgeni Priqojinə qaytarılıb. Stopnarkotik.az “Fontanka” saytına istinadla bildirir ki, bazar günü, iyulun 2-də axşam saatlarında Yevgeni Priqojinin ələ keçirilən 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı ona geri qaytarılıb. Lakin o, prosesin özündə iştirak etməyib. İlkin məlumatlara görə, iş adamı Moskvada olub. Pulu geri götürmək üçünsə onun yerinə etibarnamə ilə sürücüsü gəlib.

Stopnarkotik.az