Sankt-Peterburqda baş tutan Rusiya-Afrika sammitində gözlənilmədən "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin peydə olub.
Stopnarkotik.az unikal.az-a istinadən xəbər verir ki, Priqojinlə Mərkəzi Afrika Respublikasının nümayəndəsinin fotosu paylaşılıb.
Britaniya kəşfiyyatının məlumatına görə, iyunun 23-24-də Priqojinin uğursuz üsyanından sonra Kremldə "Vaqner" PMC-nin gələcək “fəaliyyət sahəsi” ilə bağlı müzakirələr davam edir və onlar yəqin ki, muzdluların Afrikada müharibə aparmaq istəyi ilə razılaşacaqlar.