Priqojin ortaya çıxdı - Afrikadan mesajlar verdi... / VİDEO, YENİLƏNİB

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya hökumətinə qarşı qiyamdan sonra ilk dəfə görüntülərini paylaşıb.

O, çıxışında 50 dərəcədən artıq temperaturda olduqlarını bildirərək "İŞİD, "Əl-Qaidə" və digər quldurların həyatını Afrika xalqı üçün kabusa çeviririk" deyib.

Xatırladaq ki, iyunun 23-də iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib. "Vaqner" özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını açıqlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojinin sözügedən görüntülərini təqdim edirik:

Onu da qeyd edək ki, Yevgeni Priqojın iyunun 24-dəki qiyamdan sonra videomüraciət yayımlamayıb. O zaman o, Kremllə razılaşaraq Rusiyadan Belarusa gedib. Ancaq tezliklə yenidən Rusiyada görünüb. Onun iyunun 29-da Kremldə Prezident Vladimir Putinlə görüşdə olduğu bəlli olub. Priqojın iyulun 27-də Rusiya-Afrika sammiti zamanı Sankt-Peterburqa da səfər edib.

“The New York Times” hələ mart ayında yazırdı ki, “Vaqner” ÖHŞ Afrikada 3 500-4 500 döyüşçü saxlayır. Dəstəbaşı özü aprel ayında “Vaqner”in əsas qüvvələri Baxmut uğrunda döyüşərkən Rusiyanın Afrika qitəsinə lazımi şəkildə kömək etmədiyini bildirərək dövlət strukturlarının bu ölkələrdəki ÖHŞ-lərin işinə müdaxilə etdiyini iddia edirdi.

Bundan başqa, Nigerdəki uğurlu hərbi qiyamdan sonra Qərb KİV Nigeri ordusunun qonşu Malidə uğurla fəaliyyət göstərən Vaqner ÖHŞ-nin dəstəyini alacağından çəkindiklərini açıqlayıb. Bu gün “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qərbi Afrika Ölkələri İqtisadi Birliyinə (ECOWAS) daxil olan ölkələrin hərbi aerodromları Nigerə mümkün müdaxiləyə hazırlaşır.

***

Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb. Ehtimal ki, Afrikada çəkilmiş videoda o, “Vaqner” ÖHŞ-nin “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.

Videomüraciət “Vaqner”in teleqram kanalı olan “Razqurzka Vaqnera”da yayımlanıb.

Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.

“Vaqner” ÖHŞ Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, - çətə başçısı bildirib.