Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı avqustun ortalarında Polşa-Ukrayna sərhədində NATO-nun iki yüksək rütbəli hərbçisi ilə gizli görüş keçirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazıb.
NATO-nun baş komandanı Kristofer Kavolinin və Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Entoni Radakinin iştirak etdiyi 5 saatlıq görüşün məqsədi Ukraynanın hərbi strategiyasını sıfırlamaq olub.
Hərbi liderlər Ukraynanın əks-hücum əməliyyatının gedişatı, eləcə də qış üçün döyüş əməliyyatları planlarını müzakirə ediblər.
"The Guardian" qeyd edir, lakin onların sözlərinə görə, müzakirələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin strategiyası dəyişib.
Mənbələrdən biri bildirib ki, indi Ukrayna ordusu daha çox Zaporojye cəbhəsinə cəmlənib. Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çatmağa çalışacaq.
Sərhəddəki görüşdən bir müddət əvvəl Entoni Radakin Kiyevə səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə 45 dəqiqəlik görüş keçirib. Mənbələrin sözlərinə görə, görüşün məqsədi Ukraynanın strategiyasını və Qərbin necə kömək edə biləcəyini daha yaxşı başa düşmək olub.
Sərhəddəki görüşdən sonra britaniyalı hərbçi "X" sosial şəbəkəsində Kristofer Kavoli və Valeri Zalujnı ilə birgə fotosunu yerləşdirib.