Polşa Müdafiə Nazirliyi Belarusla sərhədə əlavə qoşun yerləşdirmək qərarına gəlib.
Bu barədə Polşa təhlükəsizlik komitəsinin nümayəndəsi Zibqnev Hofman bildirib.
Onun sözlərinə görə, Belarus ordusu ilə “Vaqner” qruplaşmasının birgə təlimlər keçirməsi təxribatdır. Polşa bu səbəbdən sərhədə əlavə hərbi qüvvələr yerləşdirəcək.
Qeyd edək ki, Belarus Silahlı Qüvvələri “Vaqner” qruplaşması ilə birlikdə Polşa sərhədi yaxınlığında yerləşən Brest poliqonunda döyüş hazırlığı üzrə təlimlər keçirir.