POLİSDƏN NARKOTİK ƏMƏLİYYATI: 16 milyon 89 min 228 çətənə kolu, 395 min skunk kolu, 73 kiloqram narkotik tozu ələ keçirildi - VİDEO

Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya Diyarbəkirin Lice və Bingölün Gənç rayonlarının çöl ərazilərində 16 milyon 89 min 228 kök çətənə bitkisinin ələ keçirildiyini bildirib. Stopnarkotik.az xəbər verir ki, Yerlikaya bu barədə sosial media hesabında açıqlama yayıb. Nazir Diyarbəkir və Bingöl İl Jandarma Komandanlıqlarının Lice və Genç kəndlərində həyata keçirdiyi narkotik-terror əməliyyatları ilə bağlı məlumat paylaşıb.

"Əməliyyatlarda 16 milyon 89 min 228 çətənə kökü, 395 min skunk kolu, 73 kiloqram narkotik tozu ələ keçirilib. 15 şübhəli barəsində məhkəmə əməliyyatı aparılıb. Separatçı terror təşkilatının 43 milyard lirə qanunsuz gəlir əldə etməsinin qarşısı alınıb. Gənclərimizi zəhərləyərək gələcəyimizi təhdid edən narkotik alverçilərinin yolu kəsildi. Jandarmamızı ürəkdən təbrik edirəm", ifadələri nazir Əli Yerli kayanın açıqlamasında yer alıb.   

Stopnarkotik.az