PƏNCAB TİRYƏK ZAVODU İŞƏ DÜŞÜR: dərman preparatları istehsal ediləcək

Stopnarkotik.az xəbər verir ki, Pakistanın Pəncab əyalətinin hakimiyyəti Asiyanın ən böyük tiryək zavodunu yenidən açmaq qərarına gəlib. Tiryək zavodu 2012-ci ildə yerli vergi idarəsi tərəfindən bağlanıb.

Rəsmilərin ediyinə görə, zavodun istehsalı üçün xammal Narkotiklərlə Mübarizə İdarəsindən alınacaq. Bildirilir ki, zavodun istehsal edəcəyi tiryək ciddi şəkildə əczaçılıq ehtiyacları üçün nəzərdə tutulub.

Stopnarkotik.az