Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı + AUDİO / YENİLƏNİB

"Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Bayramov Röyal Vüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb:

"Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

***11:23

Gəncədə meyit tapılıb.

Hadisə şəhərin Məmməd Xələfov küçəsində yerləşən 2 saylı Peşə Litseyində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti Peşə Litseyinin həyətində aşkarlanıb.

18 yaşlı gənc Peşə məktəbinin tələbəsi olub. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Gəncin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, 18 yaşlı gənc ürəktutmadan ölüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.