Ermənistan polisi Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edildiyini təsdiqləyib.
Stopnarkotik.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, faktla bağlı toplanan materiallar İstintaq Komitəsinə veriləcək.
Xatırladaq ki, Aşot Paşinyanın "Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri tərəfindən oğurlanmasına cəhd bu gün günorta saatlarında qeydə alınıb.
**16:22
Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti məlumat yayıb.
Bildirilir ki, insident bu gün saat 15:00 radələrində qeydə alınıb.
İlkin məlumata görə, oğurluqda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Lakin Aşot Paşinyan son anda maşından düşə bilib. Nəticədə həmin təşkilatın arxasınca gedən avtomobil vurub. Aşot Paşinyan ayağından yaralanıb. Hadisəni törədən “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar.
Baş nazirin oğlu hüquq-mühafizə orqanlarına müraciət edib.