Ləğv edilmiş separatçı rejimin keçmiş lideri Samvel Şahramanyan Ermənistana gəldikdən sonra təxminən iki həftə Ermənistanın baş naziri Nikol Paşinyanın qəbulunu gözləyib. Bu barədə Ermənistan KİV-ləri yazır.
Məlumata görə, sözügedən qəbul baş tutmayıb.
Ermənistan mətbuatı yazır ki, Qarabağdakı qanunsuz rejimin keçmiş rəhbəri Paşinyanla bəzi məsələlərə aydınlıq gətirmək istəyib, lakin Ermənistanın baş naziri görüşü “gecikdirib”.
“Görüş əvvəlcə Ermənistan hakimiyyətinin təşəbbüsü ilə keçirilsə də, görünür, sonradan vəziyyət dəyişdi”, - deyə erməni mediası yazır.