Parkda işıq lövhəsi sındırılıb, 3 nəfər məsuliyyətə cəlb edildi

Cəlilabadda parkda işıq lövhəsi sındırılıb, 3 nəfər məsuliyyətə cəlb edilib.

Stopnarkotik.az-ın məlumatına görə, şəhərin Heydər Əliyev Seyrəngahının giriş hissəsində yerləşdirilmiş “I love Cəlilabad” yazılı işıq lövhəsi sındırılıb.

Polis əməkdaşlarının qısa və çevik əməliyyatları nəticəsində həmin 3 nəfər şəxs müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"