Pakistanda terror: ölənlərin sayı artdı

Pakistanın Xayber-Paxtunxva əyalətində İslam Üləmaları Cəmiyyəti Partiyasının qurultayında kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 54 nəfərə çatıb.

Bu barədə “Geo News” televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ağır yaralanmış 14 nəfər ölüb.

Eyni zamanda terror aktı zamanı 200-dən çox insan yaralanıb.

Hadisə ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılıb və terror aktının törədilməsində İŞİD terror təşkilatının məsuliyyət daşıdığı bildirilir.

Məlumata görə, hadisə Çin Baş nazirinin müavini He Lifengin Pakistana səfərindən bir neçə saat əvvəl baş verib.