İngiltərə kralı III Çarlz bazar ertəsi onun ölümü ilə bağlı şayiələr yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Martın 19-da o, avtomobilinə əyləşərək Vindzor qəsrini tərk edib və Bukingem sarayının yanında yerləşən, kral ailəsi üzvlərinin London iqamətgahı sayılan Klarens Hausa yollanıb.
Qeyd edək ki, yanvarın 26-da 75 yaşlı III Çarlz prostatın böyüməsi səbəbindən əməliyyat keçirib. Fevralın əvvəlində isə Əlahəzrətə xərçəng diaqnozu qoyulub.
Mənbə: TASS