Azərbaycanda narkotiklə əlaqədar saxlanılan şəxslərin sayı artır. Stopnarkotik.az bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi açıqlamalarına istinadən məlumat verir.
Qeyd edək ki, bu ilin yay aylarında narkotiklə əlaqədar qoluna qandal vurulan şəxslərin sayında nisbətən azalma müşahidə olunsa da, payızın ilk ayında – sentyabrda yenidən artım qeydə alınıb. Hansı ki, bu da ölkədə narkomanlığa və narkotik ticarətinə qarşı mübarizənin heç də ürəkaçan olmadığını ortaya qoyur.
Beləliklə, Stopnarkotik.az DİN-in gündəlik açıqladığı rəsmi statistik rəqəmlərə istinadən bildirir ki, sentyabr ayında ölkəmizdə polis əməkdaşları tərəfindən narkotiklə əlaqədar saxlanılan şəxslərin ümumi sayı 517 nəfər olub.
Daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Stopnarkotik.az
P.S. Sonda onu da dəyərli oxucuların diqqətinə çatdıraq ki, ölkəmizdə narkomaniyanın yayılması birbaşa qaçaqmalçılıq yolu ilə daxil olan narkotik vasitələrin həcmi ilə bağlıdır. Yəni ölkəyə nə qədər çox narkotik daxil olarsa, “qara bazar”da da narkotik maddələrin çəkisi bir o qədər artar. Deməli, Azərbaycanda narkotik istifadəçilərinin sayını azaltmaq üçün ilk növbədə narkotikin əlçatan olmasının qarşısını almaq lazımdır…