Oğuzdakı qəza ilə bağlı cinayət işi başlanıldı

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Stopnarkotik.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, qəza ilə bağlı cinayət işi başlanılıb.

Belə ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.