Nazir iki polkovniki işdən çıxardı

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin iki rəis müavini vəzifəsindən azad edilib. 

Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, 6 iyul 1961-ci il təvəllüdlü polkovnik Məmməd Tapdıq oğlu Tağıyev və 6 mart, 1962-ci il təvəllüdlü polkovnik Elçin Məhəmmədəli oğlu Cəfərov işdən çıxarılıblar.

Bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Gəncə Regional Mərkəzinə yeni rəis müavinləri təyin olunmayıb.