Türkiyədə 36 yaşlı kişi qətlə yetirilib.
Stopnarkotik.az lent.az-a istinadən bildirir ki, hadisə Şanlıurfa Birecik qəsəbəsində baş verib. Məlumata görə İdris Qaya narkotik almaq üçün motosikleti ilə tanışı Süleyman Şahinin yanına gedib və onu tərkinə alıb. Bildirilir ki, İdris narkotiki aldıqdan sonra tanışına olan borcu ödəməyib. Bir müddət getdikdən sonra o, motosikleti dayandırıb və Süleyman onu tapança ilə vurub.
Xəstəxanaya aparılan İdrisin həyatını xilas etmək mümkün olmayıb.
S. Şahin isə polis idarəsində cinayəti etiraf edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.