Türkiyənin Diyarbəkir şəhərində aparılan əməliyyatlarda 40 ton marixuananın istehsal edilməsi üçün əkilmişi 1 milyon 755 min 212 kannabis kolu və skuns ələ keçirilib. 31 şübhəli narkotik alverçisi həbs edilib.
Diyarbəkir, Lice, Hani, Hazro və Kulp prokurorluğu və jandarmasının, TEM və Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası altında; Diyarbəkir Vilayət Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsinin komandanlığı ilə Diyarbəkir şəhərinin Lice, Hani, Hazro, Kocaköy və Kulp rayonlarında 81 operativ komandanlıq, 770 işçi heyəti ilə "Qanunsuz kannabis bitkiləri ilə mübarizəyə qarşı Fəaliyyət Planı" çərçivəsində uzaqdan aşkarlama sistemlərinin köməyi ilə həyata keçirilib. Əməliyyatlar nəticəsində 1 milyon 755 min 212 kök və skuns tarlası məhv edilib ki, bu əkinlə 40 ton toz halında marixuana əldə etmək mümkündür. Bundan başqa 54 kq marixuana müsadirə edilib.
Stopnarkotik.az