Hava dəstəkli narkoəməliyyatda 10 klioqram metamfetamin müsadirə edildi - VİDEO

Türkiyənin Van şəhərində havadan dəstəklənən narkotik əməliyyatı ilə 10 kiloqram metamfetamin müsadirə edilib.

Stopnarkotik.az xəbər verir ki, 24 iyun 2026-cı ildə Vanın Tuşba rayonunda müəyyən edilmiş bir yaşayış yerinə hava ilə dəstəklənən əməliyyat keçirilib. Əməliyyat çərçivəsində aparılan axtarış zamanı 11 bağlamada ümumilikdə 10 kiloqram 260 qram metamfetamin müsadirə edilib.

"Narkotik və ya Stimullaşdırıcı Maddələrin İstehsalı və Qaçaqmalçılığı" ittihamı ilə saxlanılan bir şübhəli məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.

Rəsmi orqanlar vətəndaşlara narkotik ticarəti barədə UYUMA tətbiqi vasitəsilə tez və birbaşa məlumat verə biləcəklərini xatırladıblar.  

Stopnarkotik.az