Narkotiki arxada qoymuş keçmiş istifadəçilərin əvvəlki həyatına qayıtmasının qarşısını alan əsas məsələ onun məşğulluğa, əməyə cəlb edilməsidir. Bu mövzuya ekspert qismində toxunanlar reabilitasiyadan sonrakı əsas bərpa amilinin əməyə cəlb edilmə olduğunu qeyd edirlər.
Sözsüz ki, narkomaniyadan reabilitasiya keçmiş insanların işə götürülməsi ilə bağlı dünya təcrübəsi mövcuddur. Və Avropa ölkələrində bu işə daha humanist yanaşma mövcuddur və bu istiqamətdə qlobal təcrübə çoxtərəfli-hərtərəfli yanaşmaya əsaslanır. Məsələn, keçmiş istifadəçilərin sosial adaptasiyası, onların peşə təlimindən keçirilməsi və işəgötürənlərin dəstəyi. Bu qəbildən əsas tədbirlərə ixtisara düşməyən iş yerlərinin yaradılması, təcrübə proqramları, məşğulluq mərkəzlərinə dəstək və əlilliyi olan yaxud çətin həyat şəraiti olan şəxslər üçün məşğulluq kvotalarının saxlanması daxil ola bilər.
Narkomaniya problemi ilə bizdən daha əvvəl qarşılaşmış ölkələrdə keçmiş asılıların məşğulluq məsələsinə yanaşma daha köklüdür. Qlobal təcrübə bu əsas elementləri özündə əks etdirir.
Karyera rəhbərliyi və təlimi: Reabilitasiya mərkəzləri iş tərcümeyi-halındakı boşluqları doldurmaq məqsədilə tələb olunan bacarıqları əldə etmək üçün kurslar təklif edir.
Sosial müəssisələr: Reabilitasiya zamanı və ya sonra insanları işə götürən, çevik iş saatları və psixoloji dəstək təmin edən ixtisaslaşmış şirkətlərin yaradılması.
"Qorunan məşğulluq": İlkin mərhələlərdə xəstələr açıq əmək bazarına girməzdən əvvəl dəstəklənən mühitdə (məsələn, reabilitasiya mərkəzlərin) işləyə bilərlər. Bu çərçivədə reabilitasiya mərkəzlərində təşkil olunan iş mühiti kadr yetişdirmə mərkəzi kimi gözdən keçirilə bilər.
İşəgötürən dəstəyi: Bəzi ölkələrdə narkomaniyadan sağalan insanları işə götürən şirkətlərə vergi güzəştləri və ya subsidiyalar verilir.
Sosial əlaqələrin bərpası: İş axtarışı ilə yanaşı, ünsiyyət bacarıqlarını və şəxsi nizam-intizamı bərpa etmək üçün adaptasiya proqramı genişlənir.
Bütün bu deyilənlərin əsas məqsədi keçmiş narkomanlara ayıq həyat tərzinə uyğunlaşmağa, iş tapmağa, məsuliyyət və məşğulluq vasitəsilə residivdən qaçınmağa kömək etməkdir.
Stopnarkotik.az