İstanbul şəhərinin Beşiktaş rayonunda bir yaşayış yeri və nəqliyyat vasitəsini təşkil olunmuş əməliyyatda ünvanda aparılan axtarışlar zamanı 234 kiloqram 220 qram maye metamfetamin, 17 kiloqram 20 qram kristallaşmış metamfetamin və 6 kiloqram 100 qram tolien müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, Beşiktaşda narkotik maddələrin istehsalı və ticarəti ilə məşğul olan şübhəlilərin tutulması üçün əməliyyat keçirən İstanbul Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin polis qrupları dünən təyin olunmuş ünvana və nəqliyyat vasitəsinə basqın ediblər. Basqın zamanı 2 şübhəli saxlanılıb və yuxarıda adı çəkilən maddələr müsadirə edilib. Əməliyyat polis kameraları tərəfindən qeydə alınıb.


Stopnarkotik.az