NARKOTİK İNSANI NECƏ “ZOMBİ”YƏ ÇEVİRİR... - Həkimlər narkotik fəlakətindən danışırlar

Heyvanların müalicəsi üçün tətbiq edilən trankvilizatorlar şəhəri “ağzına alıb” və narkotik aludəçilərini üstüaçıq yaraları olan və yerimə qabiliyyətini itirmiş canlılar halına gətirir. Bu dərman narkomanların sağalması aylarla davam edən dörd barmaq enində olan yaralar əmələ gətirir...

Təsvir olunan mənzərədə söhbət ABŞ-ın Filadelfiya şəhərindən gedir.

Filadelfiyadakı həkimlər küçələrdə "trank" kimi tanınan, “ksilazin” adlı heyvan trankvilizatorun aludəçisi olan xəstə axınının öhdəsindən gəlməyə kömək etmək üçün yeni təlimat alıblar. “Ksilazin” 1962-ci ildən veterinariyada istifadə olunan güclü narkotikdir və insan üçün çox təhlükəlidir.

Müstəqil xeyriyyə təşkilatları xəbərdarlıq edir ki, atlar kimi iri heyvanlar üçün nəzərdə tutulmuş əzələ keyidici narkotik tərkibli dərman preparatı "gəzməkdən məhrum edir" və ondan istifadə edənlərdə "açıq yaralar" əmələ gətirir.

Filadelfiya narkotik bazarlarına ucuz və tez təsirli dərman kimi daxil olan “ksilazin”in episentrinə çevrilib. “Ksilazin” Filadelfiyanın heroin trafikinin çox hissəsini ələ keçirən güclü sintetik opioid fentanili sulandırmaq üçün istifadə olunur.

“Savage Sisters” təşkilatının yaradıcısı Sara Lorel “The Philadelphia Inquirer”ə deyib: "Mən heç vaxt belə dəhşətli hala düşmüş insanlar görməmişdim. Onların üstüaçıq, axıntılı yaraları var və yeriyə bilmirlər".

“Savage Sisters” Cənubi Filadelfiyada narkotik aludəçilərinin isti duş qəbul edə, yemək yeyə və yaralarını müalicə edə biləcəyi yeddi reabilitasiya mərkəzini idarə edir.

“Savage Sisters” qrupunun Kensinqton prospektində yaşayan xəstələrdən biri, 43 yaşlı Nik Qallaxer illərlə narkotik vasitə qəbul etdikdən sonra, keçən ilin yazında onun qolunda yoluxmuş abses əmələ gəlib. O, yaranın əvvəlcə "dörd barmaq enində" olduğunu dedikdən sonra belə davam edib: "Mən bilirəm ki, trankvilizator “ksilazin” sağalmanı ləngidir".

Narkotik qarışıqları çəkən CJ adlı başqa bir xəstə deyir: "Normal yara təxminən bir aya sağalır və onlar öz-özünə yaranır".

“Daily Mail” yazır ki, Filadelfiya əsl “zombilər şəhərinə çevrilib”. Narkotik bazarında yeni ölümcül dərmanlar təklif edilir. Heyvan trankvilizatoru “ksilazin”ə böyük tələbat yaranıb. Hansı ki, bu dərman narkotik istifadəçilərinin gəzmək qabiliyyətini azaltmaqla yanaşı, onlarda dörd barmaq genişliyində yaralar əmələ gətirir...

“Ksilazin” insan istifadəsi üçün təsdiqlənməyib. Hesab edilir ki, narkomanlar narkotikin təsirini artırmaq üçün onu fentanillə qarışdırırlar.

Keçən ay Filadelfiya Səhiyyə Departamenti həkimlərə xəbərdarlıq edib ki, “ksilazin” hələ xəstəxanalarda sınaqdan keçirilmədiyi üçün narkotik aludəçiləri bu preparatın son dərəcə zərərli təsirləri altında olduqlarını belə, dərk edə bilməzlər. “Ksilazin” qan zəhərlənməsi və hətta ölüm riskini artıran ciddi yaralara səbəb olur, üstəlik bu maddədən istifadə edən insanlar müalicəyə müraciət etmirlər, çünki bu dərmandan imtina etməyin simptomları çox ağrılı olur. Bunlara şiddətli ağrı, titrəmə, tərləmə, narahatlıq, narahatlıq, təşviş aiddir.

Bəzi narkomanlar bildirirlər ki, bütün bədənlərində xoralar peyda olur. Onların çoxu əlil qalır, çünki barmaqları, əlləri, ayaq barmaqları, ayağının bir hissəsi və hətta ayaqları amputasiya edilməli olur. İnyeksiya yerində yaralara tez-tez rast gəlinsə də, insanlar bədənin heç vaxt iynə vurulmayan yerlərində də yaralar əmələ gəldiyini bildirirlər. Eyni şeyi narkotiki qoxulayan və ya çəkən narkomanlar da qeyd edirlər. Həkimlər üçün yeni təlimatda məlumat verilir ki, “ksilazin” ölü toxuma ilə dolmuş "çürüyən və böyüyən" dəri xoralarına səbəb olur.

“Ksilazin” ilə bağlı tədqiqatlar hələ də tamamlanmamışdır, lakin belə bir fikir var ki, preparat inyeksiya ilə bədənə vurulduğu yerin ətrafındakı qan damarlarını daraltdığı, qurutduğu, qan təzyiqini aşağı saldığı üçün baş verir. Bu da öz növbəsində bədənin digər hissələrində yaraların sağalmasına imkan vermir.

“Ksilazin” opioid olmadığı üçün onu dərmanlarla birlikdə qəbul edən insanların naloksonla müalicəsi daha çətinləşir ki, bu da opioidin doza həddinin aşılmasına gətirə bilər.

Hal-hazırda, ABŞ Narkotiklərə Nəzarət Departamentinin təsdiqlədiyi “ksilazin” asılılığının xüsusi müalicəsi yoxdur. “Ksilazin” böhranının episentri hesab edilən Filadelfiyada 2019-cu ildə narkotik dozasının aşılması ölümlərinin təxminən üçdə biri bununla bağlıdır.

Tərcümə etdi: Stopnarkotik.az