İsrail Müdafiə Ordusu Tehranda hava zərbəsi nəticəsində "Bəsic" bölməsinin komandiri Qolam Rza Süleymaninin öldürüldüyünü bəyan edib.
Bu barədə İsrail Ordusunun hərbi mətbuat xidməti bildirib.
"Dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq, hərbi hava qüvvələri dünən Tehranın mərkəzinə məqsədyönlü zərbə endirərək son altı il ərzində "Bəsic" bölməsinin komandiri olan Qolam Rza Süleymanini öldürüb", - bəyanatda vurğulanıb.
İddia olunur ki, "Bəsic" bölməsi daxili etirazların yatırılmasında, o cümlədən kütləvi həbslərin həyata keçirilməsində və nümayişçilərə qarşı güc tətbiqində əsas rol oynayıb.