Bakıda evdən meyiti tapılan iki qardaşın ölüm səbəbi məlum olub.
Dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində evdə ölən 52 yaşlı Əli Həsənov və qardaşı 55 yaşlı Rəhman Həsənovun narkotik qəbulu səbəbindən ölməsi müəyyənləşib.
Aparılan ilkin ekspertiza nəticəsində onların bədənində iynə izləri aşkar edilib.
Hər iki şəxsin dozadan artıq narkotik səbəbindən ölməsi ehtimal edilir.
Araşdırmalar davam etdirilir./"qafqazinfo"
*** 12:53
Bakıda evdən iki qardaşın meyiti tapılıb.
Hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.
İlkin müayin zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.