Narkoloji dispanserdə açıq bazar: 10 manata saxta arayış... - VİDEO

Bakı Şəhəri Narkoloji Mərkəzdə heç bir testdən keçmədən rüşvətlə arayış alındığı barədə məlumatlar yayılıb.

Stopnarkotik.az xəbər verir ki, Baku TV gizli çəkiliş vasitəsilə məsələni araşdırmağa çalışıb.

Məlum olub ki, mərkəzə 10 manat ödəniş etməklə təxminən 5 dəqiqə ərzində arayış əldə etmək mümkündür.

Mərkəzin direktoru Qalib Məmmədov isə açıqlamasında bildirib ki, arayış almaq üçün hər hansı məbləğin ödənilməsindən söhbət gedə bilməz.

Daha sonra Q.Məmmədov 10 manat alıb arayış yazan əməkdaşı otağa dəvət edib. Lakin o, arayış üçün pul istədiyini inkar edib.

Ətraflı süjeti təqdim edirik: