Meksika hökuməti narko-kartelin bazar ertəsi Miçoakan ştatında törətdiyi iğtişaşlardan sonra əyalətə 1200 əsgər göndərdiyini açıqladı.
Stopnarkotik.az xəbər verir ki, bunu Meksika dövlət orqanları bildiriblər.
Dövlət rəsmiləri bildiriblər ki, üç ticarət mağazası, beş yük maşını və minik maşını yandırılıb. Prokurorluq hücumlarda 16 - 17 yaşlı üç gəncin və üç kişinin həbs edildiyini bildirib.
Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, əsgərlər və Milli Qvardiyanın üzvləri əraziyə həftə sonu yerləşdirilib. O bildirib ki, hərbçilərə kartellərin daha çox yolu bağlamasının qarşısını almaq əmri verilib.
Stopnarkotik.az