Muzeydən bahalı əşyalar oğurlanaraq "eBay"də bu qiymətə satıldı

Britaniya Muzeyinin kolleksiyasından təxminən 65 min dollar dəyərində Qədim Roma dövrünə aid zinət əşyaları və artefaktlar oğurlanaraq “eBay”da 50 dollara satılıb.

Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, kolleksiyanın 8 milyon əsərinin təsvir olunduğu onlayn kataloqu yoxa çıxdığından muzeydə əşyaların olmaması dərhal hiss olunmayıb.

Qeyd olunub ki, COVID-19 pandemiyasına qədər hər il təxminən 6 milyon insanın ziyarət etdiyi muzeydə 15-19-cu əsrlərə aid qızıl-zinət əşyaları, qiymətli daşlar itib.

Daxili araşdırmalardan sonra 56 yaşlı Piter Hiqqs muzeydə 30 ildən sonra işdən çıxarılıb. Hiqqsin ailəsi iddiaları rədd edib.

Məlumata görə, Britaniya Muzeyi adı açıqlanmayan işçiyə qarşı məhkəmə iddiası qaldırıb. Dəymiş ziyanın məbləği açıqlanmasa da, yerli KİV-in məlumatına görə, bu, 102 milyon dollar ola bilər.

Qeyd olunub ki, qədim dövrlərə aid kolleksiya üzrə mütəxəssislər üç il əvvəl muzeyə əşyaların oğurlanması ehtimalı barədə xəbərdarlıq ediblər. Bu artefaktların elmi məqsədlər üçün istifadə edildiyi və son vaxtlar ictimaiyyətə nümayiş etdirilmədiyi də bildirilir.