Məşhur narkobaron Karlos Alberto Suasteqa Quayakil hava limanında güllələnib. O, “Los Águilas” mafifyasına rəhbərlik edib və Ekvador prezidenti Noboanın amerikalı tərəfdaşları ilə apardığı narkotik qaçaqmalçılığına qarşı müharibədə əsas hədəflərdən biri olub.
Hazırda Ekvador hökuməti ölkədə daxili silahlı münaqişə elan edib və əməliyyatlarda iştirak edən bütün əsgər və polis məmurları üçün sanksiyaların yumşaldılmasına və əfv edilməsinə icazə verib. Bu qorunma müttəfiq ölkələrin hərbi qulluqçularına da şamil edilir.
Suasteqa beynəlxalq gəliş zonasında güllələnib, bu vaxta qədər isə ölkə və regionda sərbəst səyahət edib. Bu, bir sıra ittihamlarla üzləşməsinə, cinayət qeydlərinin olmasına və rəsmi olaraq hüquq-mühafizə orqanları tərəfindən prioritet hədəf hesab edilməsinə baxmayaraq sərbəst hərəkət edib.
Bundan əlavə, nadir cins at və ponilərin olduğu rançosuna, eləcə də çoxsaylı əmlaklarına da toxunulmadı.
Stopnarkotik.az