Avstraliya polisi Sidney ətrafında yeraltı bunkerlərdə gizlədilmiş təxminən üç tona yaxın kokain aşkarlayıb.
Müsadirə ölkə tarixində ən böyük hadisə olub və 2700 kq narkotikin ümumi dəyəri 572 milyon dollara yaxındır. 21 və 25 yaşlarında iki kişi artıq bu yükün daşınmasına görə həbs edilib və ötən həftə onların birgə işlədiyi mütəşəkkil cinayətkar qrupun daha altı üzvü tutulub. Narkotikləri çatdıran gəmi Solomon Adalarında saxlanılıb.
Yükün mənşəyi ilə bağlı araşdırma davam edir və polis daşınmada iştirak edən digər cinayətkar sindikatları müəyyən etməyə çalışır. Ümumiyyətlə, Avstraliya və Yeni Zelandiya ən bahalı narkoticarət yerləri arasındadır. Kokain və digər narkotiklər Latın Amerikasından, eləcə də ABŞ-dan qitəyə ötürülərkən bir neçə dəfə qiyməti artır. Məsələn, Sinaloa karteli həm Sakit Okean sahillərindən, həm də Çikaqodakı bazalarından Avstraliyaya kokain qaçaqmalçılığı edib.
Stopnarkotik.az