"BMT Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücumlara qarşıdır və onlar dayandırılmalıdır".
Stopnarkotik.az xəbər verir ki, bunu BMT baş katibinin sözçünün müavini Fərhan Haq brifinqdə deyib.
“Bizim pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı heç bir məlumatımız yoxdur, lakin aydındır ki, biz mülki obyektlərə onların harada saxlanmasından asılı olmayaraq bütün hücumların əleyhinəyik”, - diplomat bildirib.
Bundan öncə Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya məxsus iki PUA ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva vilayəti üzərində, xüsusən də Odintsovo və Naro-Fominsk rayonları üzərində vurulub, üçüncüsü isə elektron müharibə texnologiyaları vasitəsilə zərərsizləşdirilib və sonra Moskva şəhərində göydələnin üzərinə düşüb.