Misirdə ticarət mərkəzində yanğın - 30 nəfər xəsarət aldı

Misirin şimal-qərbində yerləşən Matruh əyalətində ticarət mərkəzində baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Al-Masry Al-Youm” portalı məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlarda boğulma əlamətləri var. Alov əyalətin paytaxtı Mersa-Matruh şəhərindəki ticarət mərkəzindəki bir neçə mağazanı bürüyüb. Hazırda yanğının qarşısı alınıb. Yanğının səbəbləri barədə məlumat verilməyib.

Matruh qubernatoru dərhal hadisə yerinə gəlib, ticarət mərkəzinə baş çəkdikdən sonra zərərçəkənlərin olduğu xəstəxanaya gedib.